3 ton çətənə məhv edildi 

09:39 16.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.